“Ronaldoya qarşı o qədər də pis oynamamışam, amma…” – Alveş

Meksikanın “Pumas” klubunun müdafiəçisi Dani Alveş karyerasında qarşılaşdığı ən çətin rəqibin hansı futbolçu olduğunu açıqlayıb. 

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı müdafiəçi, həmin futbolçunun “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo olduğunu deyib:

“Kriştiano sizə bir saniyə nəfəs almağa imkan vermir. Ona qarşı o qədər də pis oynamamışam, amma çətin idi. O, qol maşınıdır”.

Alveş və 37 yaşlı portuqaliyalı hücumçu 2009-2016-cı illərdə La Liqada rəqib olublar. O zaman braziliyalı “Barselona”da, Ronaldo isə “Real”da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button