Ronaldo De Xeanı razı sala bilməyib

“Mançester Yunayted”in keçmiş qapıçısı David De Xea karyerasını Səudiyyə Ərəbistanında davam etdirməkdən imtina edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo 32 yaşlı qolkiperi Səudiyyə Ərəbistanı klubuna keçməyə razı salmağa çalışsa da, o, Avropada variantlar axtarmağa üstünlük verib.

İspaniyalı qolkiper 2021/2022 mövsümündə Kriştiano Ronaldo ilə birgə “qırmızı şeytanlar”da çıxış edib.

De Xea bu yay 2011-ci ildən bəri çıxış etdiyi “Mançester Yunayted”dən ayrıldı. O, komandanın heyətində 545 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button