Ronaldo: “Mətbuatda yayılan bütün açıqlamalar saxta xəbərdir”

Braziliya millisinin sabiq hücumçusu Ronaldo onun adından yayılan açıqlamaların həqiqəti əks etdirmədiyini bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, sosial şəbəkə hesabında Braziliya millisinin Norveç yığmasına məğlub olduğu dünya çempionatının 1/8 final oyunundan sonra heç bir müsahibə vermədiyini açıqlayıb:

“Dəqiqləşdirmək istəyirəm ki, Braziliya millisinin matçından sonra heç bir müsahibə verməmişəm və heç bir media orqanı ilə əlaqə saxlamamışam. Mətbuatda yayılan bütün açıqlamalar saxta xəbərdir”.

Komanda 1/8 finalda Norveç yığmasına 1:2 hesabı ilə uduzaraq, turnirlə vidalaşıb. Bundan sonra braziliyalı tanınmış futbolçu Neymar milli karyerasını başa vurduğunu açıqlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button