Ronaldo Messi ilə rəqabətin bitdiyini açıqladı

“Əl-Nəsr” klubunda çıxış edən Kriştiano Ronaldo karyerasını “İnter Mayami”də davam etdirən Lionel Messi haqda danışıb.

Komanda.az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, 38 yaşlı hücumçu argentinalı həmkarı ilə uzun illərdir davam edən rəqabətin artıq başa çatdığını bildirib:

“Rəqabət bitdi. Gözəl idi, izləyənlər bəyəndi. Ronaldonu sevirsizsə, Messiyə nifrət etməyinizə ehtiyac yoxdur. İkimiz də çox yaxşı idik və futbol tarixini dəyişdirdik. Dünyanın hər yerində hörmət görürük. Ən vacib olan da budur. 15 il eyni səhnəni paylaşdıq. Ona dostum demirəm, amma biz peşəkar həmkarlarıq, bir-birimizə hörmət edirik”.

Ronaldo bu mövsüm Səudiyyə Ərəbistanında 4 oyuna çıxıb, 6 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button