“Mən Messidən çox Ronaldoya yaxınam” – Alveş

Meksikanın “Pumas” klubunun müdafiəçisi Dani Alveş “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldoya rəğbətindən danışıb. 

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Alveş, Ronaldonun ona futbolçu kimi PSJ-nin hücumçusu Lionel Messidən daha yaxın olduğunu deyib:

“İndi biz “Barselona” və “Real”da deyilik, bunu deyə bilərəm. O, hamımız üçün edilə biləcək işlərdə gözəl nümunədir. Ronaldo hər kəs üçün nümunədir ki, zəhmətlə ən yaxşılarla rəqabət edə bilərsən. Mənim ona böyük hörmətim var və bu barədə onunla danışmaq imkanım olub. Bir futbolçu kimi mən Messidən çox Kriştianoya yaxınam.

Axı Lionel təbii istedaddır. O, futbol oynamaq istedadı ilə doğulub”.

39 yaşlı braziliyalı və Messi 2009-2016-cı illərdə “Barselona”da, Kriştiano isə “Real”da oynadığı dövrdə La Liqada rəqib olublar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button