“Məncə, o, tarixin ən yaxşılarından biridir” – Kxedira

“Yuventus”un yarımmüdafiəçisi Sami Kxedira komanda yoldaşı Kriştiano Ronaldo ilə bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, sosial şəbəkə hesabında azarkeşlərin suallarını cavablandıran 33 yaşlı futbolçu, Ronaldo ilə bağlı bunları deyib:

“Yeddi ildir ki, Ronaldoyla birlikdə oynayıram, beş il “Real”da, iki il “Yuventus”da. Məncə, o, tarixin ən yaxşılarından biridir. İstedadı, həvəsi bunu sübut edir. Ronaldo məşqlərdə də qalib gəlmək istəyir. O, bütün insanlar və futbolçular üçün nümunədir”.