Ronaldo Çempionlar Liqasında yeni rekorda imza atdı

İngiltərənin “Mançester Yunayted” klubunun hücumçusu Kristiano Ronaldo UEFA Çempionlar Liqasında ən çox forma geyinmiş futbolçuya çevrilib.

Komanda.az xəbər verir ki, portuqaliyalı hücumçu bu uğura ÇL-in qrup mərhələsinin ikinci turu çərçivəsində İspaniyanın “Vilyarreal” komandasına qarşı keçirdikləri oyunda nail olub.

36 yaşlı forvard bu görüşdə meydana çıxmaqla qitənin ən nüfuzlu klub turnirində ümumilikdə 178 oyununu keçirib. O, bu göstərici ilə İspaniya millisinin və “Real”ın sabiq qapıçısı İker Kasilyasın rekordunu yeniləyib.

“Old Trafford” stadionunda gerçəkləşən “Mançester Yunayted” – “Vilyarreal” matçı meydan sahiblərinin əzmkar qələbəsiylə yekunlaşıb – 2:1. “Qırmızı şeytanlar”ın qələbə qolunu isə 90+5-ci dəqiqədə Ronaldo vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button