“Ronaldo bunu “Yuventus”un heyətində bacaracaq”

İtaliyanın “Yuventus” klubunun hücumçusu Kriştiano Ronaldonun meneceri Jorje Mendeş açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, hücumçunun meneceri Ronaldonun əfsanəvi futbolçu Pelenin rekordunu geridə qoyaraq, futbol tarixinin ən yaxşısı olacağını deyib:

“Ronaldonun statistikası aldadıcı deyil və onun rekordları necə qırdığı ortadadır. Bu, onu futbol tarixinin ən yaxşı futbolçusu edir və onun həm çıxış etdiyi klublardakı, həm də Portuqaliya millisinin heyətindəki oyunu ilə digər futbolçulardan nə qədər fərqləndiyini müəyyənləşdirir. O, milli ilə üç fərqli turnirin finalında çıxış edib və bunların ikisidə qalib gəlib. Ronaldo artıq 700 qol həddinə çatdı. Onun Peleni üstələyəcəyinə və futbol tarixinin ən yaxşı hücumçusu olacağına şübhəm yoxdur. Ronaldo bunu “Yuventus”un heyətində bacaracaq”.

Pele karyerası ərzində rəsmi oyunlarda 768 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button