“Ronaldinyo Kriştiano Ronaldo səviyyəsində futbolçudur” – Xavi

“Barselona”nın sabiq futbolçusu, hazırda Qətərin “Əl-Sədd” komandasını çalışdıran Xavi açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, sabiq futbolçu, Lionel Messini və Ronaldinyonu tarixin ən yaxşısı adlandırıb:

“Ronaldinyo ən yaxşı səviyyədədir. Bəlkə də, zirvədə olmaq üçün ardıcıllığı çatışmadı. Mənim üçün son illərdəki sabit çıxışına görə yalnız Messi Ronaldinyodan yaxşıdır. Messi dünyanın ən yaxşı futbolçusudur. Amma Ronaldinyo Kriştiano Ronaldo səviyyəsində futbolçudur”.