Azərbaycanda Ronaldinyo Futbol Akademiyası nə vaxt açılacaq?

Azərbaycanda Ronaldinyo Futbol Akademiyasının açılacağı vaxt məlum olub.

Komanda.az xəbər verir ki, bu barədə “Qəbələ” İdman Klubunun keçmiş prezidenti Tale Heydarov “emerging-europe.com” saytında gedən yazısında bildirib. O, Ronaldinyo Futbol Akademiyasının 2020-ci ilin əvvəlində açılacağını qeyd edib:

“Qəbələ” Futbol Akademiyasının uğurları əfsanəvi Ronaldinyonun Azərbaycanda ilk futbol akademiyasını açmaq üçün bizimlə əməkdaşlıq etməsində əsas faktor idi. “Ronaldinho Soccer Academy” (RSA) istedadlı futbolçulara yüksək keyfiyyətli təlimlər keçəcək. RSA-nın 2020-ci ilin əvvəlində açılışını səbirsizliklə gözləyirik”.

2017-ci ilin martında Ronaldinyo ilə “Qəbələ” İdman Klubu arasında müqavilə imzalanıb. Sözləşməyə əsasən, Ronaldinyo “Qəbələ” klubunun dəstəyi ilə Bakıda Futbol Akademiyası açmalıdır.

Tale Heydərov bu ilin aprelində “Qəbələ” İdman Klubunun prezidenti postundan istefa verib. Hazırda “Qəbələ”nin prezidenti Fariz Nəcəfovdur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button