Romao debütündən, Veşoviç azarkeşlərdən yazdı

Braziliyalı yarımmüdafiəçi Julio Romao “Qarabağ”da debüt edib.

Komanda.az xəbər verir ki, UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Ferentsvaroş”la ilk oyununun ikinci hissəsində meydana daxil olan futbolçu, matçdan sonra “instagram” hesabında paylaşım edib.

Romao sosial şəbəkə hesabında debütü ilə bağlı bunları yazıb: “Tanrım, səndən aldığım hər şeyə görə minnətdaram. Debüt etdiyim üçün xoşbəxtəm. Mübarizəmizi davam etdirəcəyik”.

“Qarabağ” Romaonu bu yay Portuqaliyanın “Santa Klara” klubundan transfer edib. O, ötən gecə keçirilmiş “Ferentsvaroş”la matçın 83-cü dəqiqəsində Marko Yankoviçin əvəzində meydana buraxılıb.

“Qarabağ”ın digər legioneri Marko Veşoviç də “Ferentsvaroş”a qarşı keçirdikləri ilk oyundan sonra “instagram” hesabında paylaşım edib. Monteneqrolu müdafiəçi macarlarla görüşdə onları dəstəkləyən azarkeşlərə təşəkkür edib:

“Möhtəşəm dəstəyinizə görə təşəkkür edirəm. Davam edək”.

“Qarabağ”la “Ferentsvaroş” arasındakı ilk matçda qalib müəyyənləşməyib – 1:1. Bu komandalar arasındakı cavab matçı avqustun 9-da Macarıstanda baş tutacaq.

Bizi Telegramda izləyin