“Roma”nın futbolçusunu silahla qorxudub, evini qarət etdilər

“Roma”nın futbolçusu Kris Smollinqin evi qarət olunub.

Komanda.az xəbər verir ki, bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb. Dünən üç nəfər silahlı şəxs Smollinqin evinə basqın edib. Oğrular müdafiəçini seyfi açmağa məcbur ediblər. Onlar evdən zinət və digər qiymətli əşyalar götürüblər. Oğrular evə girən zaman Smollinqin həyat yoldaşı və iki yaşlı oğlu da evdə olub.

Hadisə ilə bağlı araşdırma başlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button