“Romadakı işi Mourinyonu dəyişib” – Ançelotti

“Real”ın baş məşqçisi Karlo Ançelotti “Roma”nın çalışdırıcısı Joze Mourinyonun işindən danışıb.

Komanda.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, Ançelotti həmkarının ünvanına xoş sözlər deyib:

“Mən Jozeni uzun illərdir tanıyıram. Düşünürəm ki, Romadakı işi onu dəyişib. Onların iş birliyi həm klub, həm də Mourinyonun özü üçün mükəmməldir. Joze böyük məşqçidir. Onun peşəkarlığı eyni səviyyədə qalır”.

59 yaşlı Mourinyo 2021-ci ilin yayından “Roma”ya başçılıq edir. Onun Roma klubu ilə hazırkı müqaviləsi 2024-cü ilə qədərdir.

“Canavarlar” hazırda İtaliya çempionatında dördüncü yerdədir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button