“Roma” da qoşuldu – Xorvat futbolçu üçün mübarizəyə

“Atletiko”nun futbolçusu Nikola Kaliniçin İtaliya klublarının transfer hədəfində olduğunu xəbər vermişdik.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “Bolonya”, “Sampdoriya”, “Atalanta” və “Fiorentina” klublarından sonra “Roma” da xorvatiyalı hücumçu ilə yaxından maraqlanır. “Canavarlar”ın hücumçunu icarə əsasında heyətinə qatmaq istədiyi və klublar arasında danışıqların aparıldığı bildirilir.

2018-ci ildə “Fiorentina”dan transfer olunan 31 yaşlı futbolçu, Madrid klubunun heyətinə keçirdiyi 17 oyunda 2 qolla yadda qalıb. Onun “Atletiko” ilə müqaviləsi 2021-ci ilədək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button