“Roma” “Borussiya”nın futbolçusunu “qaralayıb”

“Roma” klubu Dortmund “Borussiya”sının müdafiəçisi Manuel Akancini heyətinə qatmaq istəyir.

Komanda.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, “Roma” təcrübəli müdafiəçi almaqla müdafiəni gücləndirmək niyyətindədir. Bunun üçün isə ən yaxşı variant Akancidir.

Futbolçunun “Borussiya” ilə müqaviləsi 2023-cü ildə başa çatır.

Akanci ötən mövsüm bütün yarışlarda 36 oyuna çıxıb və 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button