Mourinyo onu “Roma”da görmək istəyir

“Roma” “Mançester Yunayted”in hücumçusu Ceydon Sançonu transfer etmək istəyir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya klubunun baş məşqçisi Joze Mourinyo “Roma” rəhbərliyinin ingilis futbolçu ilə müqavilə imzalamasını istəyir.

Lakin “Mançester Yunayted” Sançonu daha çox təzminat təklif edən kluba satmaqda maraqlıdır. “Roma”nın futbolçunu almaq şansı azdır.

23 yaşlı hücumçu 2021-ci ildən “Mançester Yunayted”də çıxış edir. Onun klubla müqaviləsi 2026-cı ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button