“Roma” futbolçusunu Səudiyyə Ərəbistanı klubuna satıb

“Roma”nın braziliyalı müdafiəçisi Rocer İbanez “Əl-Əhli”yə keçib. Səudiyyə Ərəbistanı klubu romalılara 25 milyon və bonus olaraq 10 milyon avro ödəyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, sövdələşmə artıq hazırdır. Futbolçu ilə 2026-cı ilə qədər nəzərdə tutulan müqavilə imzalanıb. İbanez ildə 10 milyon avro alacaq.

24 yaşlı futbolçu 4 mövsümdür “Roma”da çıxış edirdi. O, 2021/2022 mövsümündə komanda ilə UEFA Konfrans Liqasının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button