“Roma” iki futbolçusunu icarəyə göndərdi

İtaliyanın “Roma” klubu iki aparıcı futbolçusunu icarəyə verib.

Komanda.az xəbər verir ki, paytaxt təmsilçisi qapıçısı Robin Olseni “Kalyari”yə, hücumçusu Qrequar Defreli isə “Sassuolo”ya icarəyə göndərib. Bu barədə sözügedən klubların rəsmi saytları məlumat yayıb.

İsveç yığmasının da şərəfini qoruyan Olsen “Kalyari”yə mövsümün sonunadək icarəyə verilib. “Roma”ya ötən mövsümün əvvəlində “Kopenhagen”dən gələn, amma bu komandada möhkəmlənə bilməyən 29 yaşlı qolkiper “canavarlar”ın heyətində 27 oyun keçirib. Onun paytaxt klubu ilə 2023-cü ilin yayına qədər müqaviləsi var.

Defrel də “Sassuolo”ya bir illik icarəyə verilib. Amma sözügedən klub mövsümün sonunda 9 milyon avro ödəməklə fransalı hücumçunun transfer hüquqlarına da yiyələnmək şansı var.

28 yaşlı forvard “Roma”ya 2018-ci ildə məhz “Sassuolo”dan transfer olunmuşdu. Amma paytaxt klubunda möhkəmlənə bilmədiyi üçün o, ötən mövsüm “Sampdoriya”ya icarəyə verilmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button