
Ukrayna millisinin hücumçusu “Cenoa”ya keçə bilər
Ukrayna millisinin hücumçusu Artem Dovbik “Roma”nı tərk etməyə yaxındır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt təmsilçisi 29 yaşlı forvardı gələn mövsümün sonunadək icarəyə göndərməyə hazırdır. Futbolçuya əsas namizəd isə “Cenoa” hesab olunur. Bildirilir ki, komandanın baş məşqçisi Daniele De Rossi ukraynalı hücumçunun transferində şəxsən maraqlıdır.
Dovbik ötən mövsüm İtaliya A Seriyasında 14 oyunda meydana çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə verib.
Hücumçunun “Roma” ilə müqaviləsinin müddəti 2029-cu ilin iyununun sonunadək qüvvədədir. Onun transfer dəyəri 15 milyon avro qiymətləndirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



