Robben Premyer Liqa klubunun hədəfində

Cari mövsümün sonunda “Bavariya”dan ayrılacaq Aryen Robben karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 35 yaşlı futbolçu, Premyer Liqada mübarizə aparan “Lester”in maraq dairəsindədir. “Lester”in Almaniya kubokunun final matçında “Leyptsiq”lə keçiriləcək oyundan sonra hollandiyalı futbolçuya rəsmi təklif göndərəcəyi deyilir.

Bundan başqa, PSV-nin də Robbenin xidmətində maraqlı olduğu və tezliklə rəsmi təklif göndərəcəyi bildirilir.

2009-cu ildən “Bavariya”nın şərəfini qoruyan Robben, keçirdiyi 305 oyunda 143 qolla yadda qalıb. O, bu müddət ərzində Çempionlar Liqası da daxil olmaqla, 18 kubok qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button