“Kifayət qədər oynamıram, amma burdan ayrılmayacam”

Cari mövsümün əvvəlində “Lester”dən “Mançester Siti”yə keçən Riyad Mahrez gələcəyi ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “şəhərlilər”in heyətində kifayət qədər oynamaq şansı qazanmayan 28 yaşlı futbolçu, çətin mövsüm keçirdiyini deyib:

“Heyəti əvvəldən müəyyənləşmiş bir kluba gəlmək asan deyil. İlk mövsümümün çətin keçəcəyini bilirdim. Amma özümə güvənirəm və səviyyəmdən şübhə etmirəm. Şans veriləndə, səviyyəmi ortaya qoyacağıma əminəm.

“Mançester Siti”də hər şeyi sevirəm. Kifayət qədər oynamıram, amma burdan ayrılmayacam. Güclü olmalıyam, bu, mənim xüsusiliyimdir. Çətinliklərdən heç vaxt qaçmaram”.

“Mançester Siti” ilə 2023-cü ilədək müqaviləsi olan əlcəzairli futbolçu, bu mövsüm iştirak etdiyi 27 oyunda 7 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button