Reytinq: “Şah” irəlilədi

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq siyahısını açıqlayıb.

Komanda.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, ilk 10-luqda Azərbaycanın bir təmsilçisi yer alıb. Şəhriyar Məmmədyarov 2 pillə irəliləyərək 2776 xalla 7-ci pillədə yer alıb. Teymur Rəcəbov 2 753 xalla 14-cü sıradakı mövqeyini qoruyub.

Qədir Hüseynov (2661) 5 pillə irəliləyərək 72-ci, Rauf Məmmədov isə 7 pillə irəliləyərək (2656) 80-ci olub.

Siyahıya norveçli dünya çempionu Maqnus Karlsen (2864 xal) başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button