Reytinq: Şəhriyar Məmmədyarov 3-cü yeri tərk etdi

Şahmatçıların yeni reytinqi açıqlanıb.

Komanda.az xəbər verir ki, bu günədək FİDE reytinqində 3-cü yerdə olan Şəhriyar Məmmədyarov 27 xal itirərək, 5-ci pilləyə düşüb. Şəhriyarın hazırda 2790 xalı var.

Reytinq siyahısına norveçli Maqnus Karlsen (2845) başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana (2828) yenə 2-ci yerdədir. Şəhriyarı qabaqlayan şahmatçılar isə Dinq Liren (Çin) və Aniş Qiridir (Hollandiya).

Azərbaycanın digər şahmatçılarından Teymur Rəcəbov (2756) 13-cü, Arkadi Naydiç (2732) 22-ci, Rauf Məmmədov (2703) 42-ci, Eltac Səfərli (2681) 63-cü və Qədir Hüseynov (2664) 82-ci yerdədir.

Qadın şahmatçılarımızdan ən yüksək pillədə yer alan Günay Məmmədzadədir (2422) – 49-cu yer. Xanım Balacayeva (2397) 64-cü, Gülnar Məmmədova isə (2368) 99-cu yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button