Reytinq: Məmmədyarov irəlilədi, Rəcəbov gerilədi

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq siyahısını açıqlayıb.

Komanda.az FİDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk 10-luqda Azərbaycanın heç bir təmsilçisi yer almayıb.

Şəhriyar Məmmədyarov 2 759 xalla 2 pillə irəliləyərək 12-ci sırada qərarlaşıb. 2 738 xalı olan Teymur Rəcəbov 13-cü yerdən 18-ci pilləyə düşüb.

Qədir Hüseynov (2 668) 3 sıra geriləyərək 81-ci, Rauf Məmmədov (2 656) isə 5 pillə itirərək 92-ci olub.