Reytinq: Azərbaycan millisi irəliləyib

Azərbaycan millisi FİFA reytinqində 3 pillə irəliləyib.

Komanda.az xəbər verir ki, milli komanda hazırda 1143 xalla 121-ci sırada qərarlaşıb.

Buna yığmanın AÇ-2024-ün seçmə mərhələsində Estoniya ilə (1:1) heç-heçə etməsi səbəb olub.

İki pillə irəliləyən Türkiyə millisi 1484 xalla 41-ci yeri tutub.

Reytinqin zirvəsində dəyişiklik olmayıb. DÇ-2022-nin qalibi Argentina yığması 1843 xalla liderliyini davam etdirir. Qətərdəki mundialın finalçısı Fransa millisi (1843) cüzi fərqlə ikinci, Braziliya (1828) isə üçüncü sırada qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button