Reytinq: Azərbaycan millisinin mövqeyi bilindi

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Komanda.az xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan milli komandasının mövqeyində dəyişiklik olmayıb. Millimiz 1191 xalla 109-cu pillədə qərarlaşıb. AÇ-2020-nin seçmə mərhələsində səfərdə Uelsə 1:2 hesabı ilə məğlub olan, Bakıda Xorvatiya ilə 1:1-lik bərabərə qalan yığma komanda hesabına 3 xal əlavə edib.

Millimizin AÇ-2020-nin seçmə mərhələsindəki rəqiblərindən Xorvatiya (1625) 8-ci, Uels (1522) 23-cü, Slovakiya (1493) 29-cu, Macarıstan isə (1430) 50-ci pillədə yer alıb.

Reytinq siyahısına 1752 xalla Belçika başçılıq edir. Fransa 1725 xalla ikinci, Braziliya isə 1719 xalla üçüncü sıradadır.