“Reyncers”dən Super Liqa klubuna

Türkiyənin “Gənclərbirliyi” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, yeni mövsümdən Super Liqada mübarizə aparacaq paytaxt təmsilçisi Şotlandiyanın “Reyncers” klubundan yarımmüdafiəçi Daniel Kandeyaşı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 31 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

“Portu”nun yetirməsi olan portuqaliyalı yarımmüdafiəçi, ölkəsində “Varzim”, “Rio Ave”, “Pasuş de Ferreyra”, “Nasional”, “Portimonense”, “Benfika” klublarında da forma geyinib. Kandeyaş İspaniyanın “Rekreativo”, “Qranada”, Almaniyanın “Nürnberq”, Fransanın “Mets” klubunda legioner həyatı yaşayıb. Daha öncə Türkiyədə “Alanyaspor”da (2016) da oynamış futbolçu, 2017-ci ildən “Reyners”in uğurları üçün çalışırdı. O, geridə qalan mövsümdə Şotlandiya klubunda 28 çempionat matçına çıxıb, 5 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button