
“Mançester Yunayted”də Reşford müəmması
Markus Reşfordun “Mançester Yunayted”dəki gələcəyi ilə bağlı qeyri-müəyyənlik davam edir.
Komanda.az “Goal”-a istinadən xəbər verir ki, klub ingiltərəli hücumçunu yeni mövsümə həsr olunacaq “Amazon” sənədli serialının çəkilişlərində iştirak etməyə dəvət edib. Amma Reşfordun layihəyə cəlb edilməsi onun komandada mütləq qalacağı anlamına gəlmir. Bununla belə, klub 28 yaşlı futbolçu ilə yollarını ayırmağı qəti şəkildə planlaşdırırsa, bu addım kifayət qədər diqqətçəkən görünür.
“Barselona”dakı icarə müddəti başa çatdıqdan sonra Reşfordun “Mançester Yunayted”dən ayrılması ən real ssenari hesab olunurdu. Ancaq “qırmız şeytanlar” indiyədək transfer üçün irəli sürdüyü maliyyə tələblərini ödəməyə hazır alıcı tapa bilməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



