“Barselona” Reşfordla bağlı qərar verib

“Barselona” “Mançester Yunayted”dən icarəyə götürdüyü Markus Reşfordun transfer hüququnu aktivləşdirməmək barədə yekun qərar verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 30 milyon avroluq satınalma şərtindən istifadə etməyəcək və futbolçu icarə müddəti başa çatdıqdan sonra öz klubuna qayıdacaq.

Qərarın əsas səbəblərindən biri kimi komandanın hücum xəttinə yaxın zamanda qoşulan Entoni Qordon göstərilir. Bildirilir ki, Qordon baş məşqçi Hans-Diter Flikin taktiki tələblərinə, xüsusilə, müdafiə və pressinq işində daha uyğun profil hesab olunur.

Bundan əlavə, yaş faktoru da seçimdə rol oynayıb. Reşfordun 29 yaşı yaxınlaşır, Qordon isə daha gənc (25 yaş) və uzunmüddətli layihə üçün daha uyğun görülür.

Maliyyə baxımından da fərqin böyük olmadığı bildirilir. Reşford maaşında ciddi azalmaya getsə də, alqı-satqı və əlavə xərclər onun saxlanılmasını maddi cəhətdən Qordonla oxşar səviyyəyə gətirib.

Bir sözlə, ingiltərəli hücumçunun gələcəyi açıq qalır. Onun xidmətində maraqlı olan klublardan biri də 30 milyon avro ödəməyə hazır “Bayern”dir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button