Regekampfla maraqlanan Rumıniya klubu yerli mütəxəssisə tapşırılır

“Neftçi”nin “sükanı arxasında” olan Laurentsiu Regekampfla maraqlanan Rumıniya təmsilçisi “Universitatya Krayova”nın yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az “gsp.ro” saytına istinadən xəbər verir ki, klubun maliyyə dəstəkçisi Mixai Rotaru “Universitatya Kluj”da işləyən rumıniyalı Eugen Neaqo ilə razılıq əldə edib. O, bu postda Mirel Redoyu əvəzləyəcək. Öncədən Rotaru Regekampfla da maraqlandıqlarını təsdiqləyib.

Regekampfın “Neftçi” ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir. 47 yaşlı rumıniyalı mütəxəssis Azərbaycan klubuna keçməzdən əvvəl 2021/2022 mövsümündə “Universitatya Krayova”nı çalışdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button