Regekampf: “Neftçi”dən ayrılmağı düşünmürəm”

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Rumıniya komandalarının onunla maraqlanması barədə iddialara münasibət bildirib.

Komanda.az xəbər verir ki, rumıniyalı mütəxəssis Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Zirə”yə qarşı keçirdikləri ilk oyundan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Bu barədə mənə daha əvvəl də sual verilib. Mediaya mənim haqqımda xəbər yazmağı qadağan edə bilmirəm. Nə istəsəniz, yaza bilərsiniz, bu, sizin hüququnuzdur. Mən “Neftçi”dəyəm. Klubda yeni toplantı olub. Heyəti gücləndirmək barədə danışmışıq. Mən tərəfdən heç bir problem yoxdur. Komandamı dəyişmək barədə düşünmürəm. Tam olaraq “Neftçi”nin qarşıdakı oyunlarına köklənmişəm”.

Xatırladaq ki, Regekampf cari mövsümün əvvəlində “Neftçi” ilə 2 illik müqavilə imzalayıb. Son dövrlərdə onun vaxtilə çalışdırdığı “Styaua” və “Universitatya” (Krayova) klublarına qayıdacağı barədə xəbərlər yayılmaqdadır.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button