“Real” qəribə komandadır” – “Mançester Siti”nin futbolçusu

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva UEFA Çempionlar Liqasının 1/4 finalında “Real”a qarşı oyundakı məğlubiyyəti yada salıb.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu İspaniya klubunun çox güclü oyunçuları olduğunu deyib:

“Real” qəribə komandadır. Təəssürat yaranır ki, onlarla qarşılaşmada üstünlüyə sahib olsan belə, onlar birdən əks-hücumlar edirlər, qollar vururlar. Onların fərdi olaraq çox güclü oyunçuları var. Onları saxlamaq çox çətindir. “Real”la oyunda necə oynamaqla bağlı qərar vermək çətindir”.

“Mançester Siti” ilə “Real” arasındakı oyunların ümumi hesabı 4:4 olmuşdu. Penaltilər seriyasında isə Madrid klubunun futbolçuları daha üstün olublar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button