“Real”ın sabiq futbolçusu 4-cü divizion klubunda

“Real”ın və Niderland yığmasının sabiq futbolçusu Royston Drente karyerasını İspaniyada davam etdirəcək.

Komanda.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi “Rasinq Mursiya” klubuna keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Drente ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

“Rasinq Mursiya” İspaniyanın 4-cü divizionunda mübarizə aparır.

Drente son olaraq Niderlandın 3-cü liqa təmsilçisi “Kozakken Boys”da çıxış edib. “Feyenoord”un yetirməsi olan futbolçu karyerası ərzində “Real” (Madrid), “Everton”, “Kayseri Erciyesspor”, “Alaniya”, “Ridinq”, “Şeffild Uensdey”, “Baniyas” və “Sparta” (Rotterdam) kimi klublarda da forma geyinib.

Drente 2017-ci ildə musiqi sektoruna atılmış və karyerasını başa vurduğu açıqlamışdı. Lakin daha sonra yenidən futbola geri qayıtmışdı. Niderland mətbuatı futbolçunun bir müddət əvvəl müflis olduğunu açıqlamışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button