“Real”ın sabiq futbolçusuna şok ittiham – Uşaq…

“Real”ın və Almaniya millisinin sabiq üzvü Kristof Metselder uşaq pornoqrafiyasının yayılmasında ittiham olunur.

Komanda.az xəbər verir ki, alman polisi uşaq pornoqrafiyasının yayılması ilə bağlı keçmiş müdafiəçinin evinə basqın edib. Bu barədə “Bild” nəşri məlumat yayıb. Metselderin işlədiyi idman məktəbində də axtarış edən polislər, keçmiş oyunçunun kompüterini və mobil telefonunu müsadirə edib.

2000-2007-ci illərdə “Borussiya” (Dortmund), 2007-2010-cu illər aralığında isə “Real”da forma geyinən Metselder, 47 dəfə də Almaniya millisinin uğurları üçün çalışıb. Keçmiş müdafiəçi 2014-cü ildə karyerasını bitirib.