
Peres Rodrinin transferinə qarşı çıxıb
“Mançester Siti”nin yarımmüdafiəçisi Rodrinin adı uzun müddətdir ki, “Real”la hallandırılsa da, onun Madrid klubuna keçidi gözlənilmir.
Komanda.az “Cadena SER”-ə istinadən xəbər verir ki, “kral klubu”nun bəzi rəsmiləri ispaniyalı futbolçunu komandada görmək istəsələr də, transferin reallaşmasına əsas maneə prezident Florentino Peres olub. Bildirilir ki, Peres 29 yaşlı oyunçunun transferinə qarşı çıxıb və bu səbəbdən, sözləşmə gündəmdən çıxarılıb.
Rodri daha əvvəl verdiyi açıqlamalarda gələcəkdə “Real”da oynamaq ehtimalını istisna etmədiyini bildirmişdi. Buna baxmayaraq, hazırkı vəziyyətdə transferin baş tutması real görünmür.
Peres qısa müddət əvvəl yenidən “Real”ın prezidenti seçilib. Seçkilərdə onun yeganə rəqibi olan Enrike Rikelme Rodri ilə ilkin razılıq əldə etdiyini iddia etsə də, futbolçu bu məlumatı təkzib edib.
Bizi Facebook-da izləyin



