“Real” qışı səssiz keçirmək istəyir

“Real” qış transfer pəncərəsində yeni futbolçu almağı planlaşdırmır.

Son vaxtlar “kral klubu”nun adı xüsusilə mərkəz müdafiəçiləri və yarımmüdafiəçilərlə tez-tez hallansa da, Komanda.az “Cadena SER”-ə istinadən xəbər verir ki, rəhbərlik yanvarda transfer etməyə hazırlaşmır.

Planlar yalnız bir halda dəyişə bilər – komandada gözlənilməz zədə problemləri yarandıqda.

Xabi Alonsonun komandası La Liqada 15 turdan sonra turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və lider “Barselona”dan 1 xal geri qalır. Komanda sabah öz meydanında “Selta”nı qəbul edəcək, ardınca isə “Mançester Siti” UEFA Çempionlar Liqası çərçivəsində Madridə yollanacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button