“Real”ın qapıçısı bu FOTOya görə üzr istədi

UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində PSJ-yə 0:3 hesabı ilə məğlub olan “Real”ın qapıçısı Alfons Areola azarkeşlərdən üzr istəyib.

Komanda.az xəbər verir ki, oyundan sonra Paris klubunun futbolçuları Kilian Mbappe və Erik Çupo-Motinqlə birlikdə şəkil çəkdirən qapıçı, “Real” azarkeşlərindən üzr istəyib:

“Sosial şəbəkələrdə bu fotoya yazılan rəyləri görəndə, təəssüfləndim. “Real”a olan motivasiya və sədaqətimlə bağlı bütün şübhələri rədd edirəm. Bu məğlubiyyət böyük ailə yaratdığımız hər kəs kimi mənə də təsir etdi. Oyundan sonra keçmiş komanda yoldaşlarım və vida edə bilmədiyim insanlarla görüşdüm. Bununla bağlı narahat olan bütün azarkeşlərdən üzr istəyirəm. Ümid edirəm ki, birlikdə böyük uğurlar qazanacağıq”.

Areola “Real”a yay transfer pəncərəsi dövründə, icarə əsasında keçib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button