
“Real”ın prezidenti Alonsonu dəstəkləməyib
“Real”ın prezidenti Florentino Peres bu yaxında Madrid klubundan ayrılan baş məşqçi Xabi Alonsonu işlədiyi müddətdə heç vaxt dəstəkləməyib.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, Alonsonun təyinatında israr edən baş direktor Xose Anxel Sançes olub. Sançesin ispaniyalı mütəxəssislə danışıqlar apardığı, Peresin isə başqa bir məşqçi təyin etmək istədiyi bildirilir.
“Real” 12 yanvarda Xabi Alonsonun istefasını və baş məşqçi vəzifəsinə Alvaro Arbeloanın təyin olunduğunu elan edib. Alonso 2025-ci ilin yayından bəri komandaya rəhbərlik edib. Onun rəhbərliyi altında Madrid komandası bütün yarışlarda 34 oyun keçirib, 24 qələbə qazanıb, 4 heç-heçə edib və 6 məğlubiyyətlə üzləşib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



