“Real” braziliyalısı üçün 68 milyon avro istəyir

“Real”ın futbolçusu Vinisius Junior karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az xəbər verir ki, braziliyalı vingerlə “Mançester Yunayted” klubu maraqlanır. Bu barədə “Daily Mirror” nəşri məlumat yayıb.

“Real” Vinisiusu 68 milyon avro qarşılığında satmağa razıdır. “Qırmızı şeytanlar” 21 yaşlı futbolçu üçün yaxın zamanda Madrid klubu ilə rəsmi əlaqələr quracaq.

Vinisiusun “Real”la müqaviləsi 2025-ci ilin yayına qədərdir.