“Real”ın futbolçusu üçün mövsüm erkən bitdi

Madrid “Real”ı ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, paytaxt klubunun aparıcı futbolçusu Marselo zədələnib.

Bu barədə “Real”ın mətbuat xidməti məlumat yayıb. Əzələsində problem olan 32 yaşlı müdafiəçinin bərpa müddəti isə açıqlanmayıb.

İspaniya mətbuatının yazdığına görə, Marselo La Liqada mövsümün qalan hissəsini buraxacaq. Onun bərpa müddətinin azı 3 həftə çəkəcəyi iddia olunur. Braziliyalı futbolçunun Çempionlar Liqasının oyunlarına qədər sıraya dönəcəyi də bildirilir.

Qeyd edək ki, Marselo bu mövsüm 23 matçda 2 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.