“Hər zaman dediyim kimi, karyeramı “Real”da bitirmək istəyirəm”

“Real”ın futbolçusu Toni Kroos açıqlama verib.

Komanda.az “goal.com”a istinadən xəbər verir ki, alman yarımmüdafiəçi, karyerasını “kral klubu”nda bitirmək istədiyini deyib:

“Hər oyunda əlimdən gələni etməyə çalışıram. Ötürdüyüm topların komanda yoldaşlarıma çatmaması məni incidir. Başa düşürəm, ideal olmaq mümkün deyil, lakin mən daha da yaxşı olmaq istəyirəm. Uzun illərdir burda çalışıram və bundan sonra da çalışacam. Hər zaman dediyim kimi, karyeramı “Real”da bitirmək istəyirəm. Heç nə dəyişməyib və mən bu fikirdəyəm”.

Kroos 2014-cü ildən “Real”da çıxış edir. Onun klubla müqaviləsi 2023-cü ilin yayına qədərdir. 31 yaşlı yarımmüdafiəçi “Real”ın tarixində ən çox oyun keçirən alman futbolçudur.