Serxio Ramosun arzusu

“Real”ın futbolçusu Serxio Ramosun agenti olan Rene Ramos kapitanın Madrid klubundakı gələcəyindən danışıb.

Komanda.az xəbər verir ki, “Marca” nəşrinə açıqlama verən Rene, Ramosun karyerasını “Real”da bitirmək istədiyini deyib:

“Ramos karyerasını “Real”da bitirmək istəyir. O, bunu arzu edir. Başa düşdüyüm qədəriylə klub da bunu istəyir. Hələlik nəsə müzakirə etməmişik. Ancaq narahat olmağa əsas yoxdur”.

Ramosun “Real”la müqaviləsi 2021-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button