“Real” Beyli itirdi

“Real”ın futbolçusu Qaret Beyl sıradan çıxıb.

Komanda.az xəbər verir ki, uelsli yarımmüdafiəçinin ayaq əzələsində problem aşkarlanıb. Bu barədə AS nəşri məlumat yayıb. Beyl zədə səbəbindən “Real”ın növbəti iki oyununu buraxacaq.

“Kral klubu” növbəti 2 matçında La Liqada “Selta” ilə, Çempionlar Liqasında isə “İnter”lə (İtaliya) qarşılaşacaq.

Bu gün keçiriləcək “Real” – “Selta” matçı saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button