Marselodan “Ronaldo, yoxsa Messi” sualına cavab

“Real”ın futbolçusu Marselo, “Kriştiano Ronaldo, yoxsa Lionel Messi” sualını cavablandırıb.

Komanda.az xəbər verir ki, AS nəşrinə danışan braziliyalı müdafiəçi, müqayisəsini belə edib:

“Bu sual futbol oynayan hər kəsə verilib. Hər birinin öz xüsusiyyətləri var. Ronaldo ilə məşq etmişəm. Deyə bilərəm ki, onun verdiyi motivasiya, gördüyü işlər hamısı yüksək səviyyədədir. Messi isə dayandığı yerdən topu alıb, qapıya göndərə bilər”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button