“Real”ın futbolçusu Fransada ən yaxşı seçildi

Müqavilə ilə “Real”a məxsus olan və icarə əsasında Lion “Olimpik”ində çıxış edən Endrik fevral ayı üçün Fransa 1-ci Liqasında ən yaxşı futbolçu seçilib.

Komanda.az xəbər verir ki, bu barədə yarışın mətbuat xidməti məlumat yayıb.

Braziliyalı forvard Fransa çempionatında fevral ayında 4 oyuna çıxıb. O, bu matçlarda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Xatırladaq ki, Endrik yanvar ayında da ən yaxşı oyunçu seçilmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button