“Son dəqiqəyə qədər döyüşəcəyik” – Zidan

“Real”ın baş məşqçisi Zinəddin Zidan La Liqanın 37-ci turunda “Atletik”i məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, AS nəşrinə danışan Zidan, 1:0 hesabıyla bitən matçı belə şərh edib:

“Oyunda bacardığımızı etdik. Digər matçlardakı nəticələr bizdən asılı deyil. Vəziyyəti bilirik. Son dəqiqəyə qədər döyüşəcəyik. Son matça da yaxşı köklənməliyik. Çempionluğa inanan futbolçularım var. Buna görə çox xoşbəxtəm”.

“Real” La Liqada 81 xalla 2-ci sıradadır. Madrid təmsilçisi sona bir tur qalmış lider “Atletiko”dan 2 xal geri qalır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button