
“Real”ın baş məşqçisinin futbolçulardan istəyi
“Real”ın baş məşqçisi Alvaro Arbeloa “Bayern”lə keçiriləcək cavab oyunu öncəsi futbolçularına müraciət edib. Madrid təmsilçisi bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçına çıxacaq. Arbeloanın komandası ilk oyunda öz meydanında 1:2 hesabı ilə məğlub olub.
Komanda.az “El Chiringuito”-ya istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı oyundan bir gün əvvəl komandasına belə bir mesaj göndərib:
“Yarımfinala yüksəlmək istəyiriksə, qol imkanlarını boşa verməməliyik”.
“Bayern” – “Real” matçı saat 23:00-da start götürəcək. Bu cütün qalibi yarımfinalda PSJ ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



