Zidanın oğlunu bəyənmədilər

“Real”ın baş məşqçisi Zinəddin Zidanın oğlu Enzo Zidanın ABŞ-ın “İnter Mayami” klubunda baxışda olduğunu xəbər vermişdik.

Komanda.az xəbər verir ki, MLS təmsilçisi 26 yaşlı futbolçunu bəyənməyib. Bu barədə ESPN məlumat yayıb. Xəbərdə, “İnter Mayami”nin Zidanla müqavilə imzalamayacağı bildirilib.

Zidanın son klubu İspaniya “Almeriya”sı olub. Yarımmüdafiəçi ötən ilin oktyabrından azad agentdir.

Enzo, 2012-2017-ci illər aralığında “Real”da çıxış edib. O, madridlilərin əsas komandasında oynamayıb.

“İnter Mayami” klubunun sahibi və prezidenti İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhemdir.