“Hamımız eyni “gəmi”dəyik” – Zidan

“Real”ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasında PSJ ilə qarşılaşdıqları oyundan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, fransız mütəxəssis, 0:3 hesabıyla məğlub olduqları oyunu belə şərh edib:

“Kifayət qədər mübarizə aparmadıq. İkili mübarizələrdə məğlub olduq. Belə qazanmağımız mümkün deyildi. PSJ hər komponentdə bizdən üstün idi.

Meydanda lazımi mübarizənin göstərilməməsi məni narahat edir. Bizə təzyiq edəcəklərini bilirdik. Biz də kifayət qədər qol imkanları yarada bilmədik.

Hamımız eyni “gəmi”dəyik, kimisə hədəf almaq istəmirəm. Qalib gələndə zəfər hamınındır, məğlub olanda isə hamı günahkardır”.