“Real”dan yeni sponsorluq müqaviləsi

“Real” tanınmış idman brendi “Adidas”la sponsorluq müqaviləsinin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, bu barədə “kral klubu”nun rəsmi saytı məlumat yayıb. Yeni razılaşmaya əsasən, tərəflər əməkdaşlığı daha 8 il davam etdirəcəklər.

“Real” ilk dəfə “Adidas”la sponsorluq müqaviləsini 1980-ci ildə imzalayıb və bu əməkdaşlıq illər ərzində klub tarixinin ən uğurlu dövrlərindən biri ilə üst-üstə düşüb.

“Real” ötən mövsüm La Liqanı turnir cədvəlinin 2-ci pilləsində başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button